Bütün xəbərlər
Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı - Fotolar
Tarix: 24-10-2019 14:50 | Bölmə: Manşet

                    Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı


İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Həsən Ruhanini hava limanında Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.



Baxış sayı: 527


Bölməyə aid digər xəbərlər