20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
Tarix: 17-10-2019 17:39 | Bölmə: Manşet
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərlə bağlı “Qafqazinfo”ya müsahibə verib.
- Prezident çıxışında iqtidarda olan bəzi şəxslərin aparılan islahatlara qarşı olduğunu vurğuladı. Məsələni konkretləşdirsək, söhbət hansı sahələrin təmsilçilərindən gedir?
- Əvvəlcə bildirim ki, cənab prezident iqtisadiyyatla bağlı geniş müşavirə keçirdi. Azərbaycanın bu illər ərzində apardığı iqtisadi siyasətin nəticəsi olaraq xeyli işlər görülüb. Xeyli irəliləyişlər var. Təkcə 1 il ərzində Azərbaycanda sosial sahədə aparılan islahatlar əhalinin maddi vəziyyətini yaxşılaşdırdı, o cümlədən, iqtisadiyyatda cəsarətli addımlar atıldı. Nəticədə “Davos” iqtisadi Forumunda aparılan təhlillərə görə Azərbaycan iqtisadiyyatının gün-gündən irəli gedilməsi vurğulanıb. Eyni zamanda, prezident ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda da dövlət strukturlarında həyata keçirilən islahatlardan danışdı. İslahatların nəticəsi olaraq da müxtəlif sahələrin inkişafı ilə bağlı adlar çəkdi. O cümlədən, təkcə büdcəyə 1 il ərzində 700 milyon manatın daxil olmasını göstərdi. Lakin bu imkanlardan səmərəli istifadə olunmadığı probleminə də toxundu. Bəzi adamların bu məsələlərə maneçilik törətməsinə də öz fikrini bildirdi.
- Sizin də bir müddət əvvəl sabiq nazirlər haqqında sərt çıxışınız var idi. Prezident də çıxışında iki sabiq nazirin fəaliyyətinə toxunaraq onları tənqid etdi.
- Bəli, bu məsələ ilə bağlı mənim də bir çıxışım olmuşdu. Hətta burada daxildə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata keçirdiyi islahatlarla bağlı qarayaxma kampaniyası aparırlar. Özünü qaçqın kimi təqdim etməyə çalışan, heç bir siyasi partiyanı təmsil etməyən şəxslər erməni lobbisi tərəfindən maliyyələşir. Eyni zamanda, daxildən onlara dəstək verən qüvvələr hansı sahədə ciddi uğurlar varsa, o sahənin tənqidinə, həmin şəxslərin ləkələnməsinə, ailə üzvlərinin şantaj olunmasına, söyülməsi kimi hallarına biz tez-tez “yutub” kanalında rast gəlirik. Qeyd olundu ki, bunlar hamısı qeyri-obyektivdir. Bu Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır. Təbii ki hər hansı bir sahəni tənqid etmək olar. Ancaq biz görürük ki, harda iş getmirsə, o sahəyə toxunulmur. Harada iş yaxşı gedirsə, orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük. Öyrədilmiş adamlar ortaya çıxdı. Heç biri Qarabağ əlili olmaya-olmaya Qarabağ əlillərinin adından istifadə edildi. O cümlədən, cənab prezidentin dediyi kimi digər sahələrdə də belə neqativ hallar var. Ona görə də cənab Prezident ciddi xəbərdarlıq etdi. Hər bir şəxs bilməlidir ki, bu cür əməllərlə məşğul olmasın. Bununla bərabər, hər bir şəxs öz mövqeyini ortaya qoymalıdır. Əfsuslar olsun ki, bu günə qədər bir çoxları hələ də aparılan islahatlara münasibətlərini bildirməyib. Onlar fikir bildirməklə göstərməlidir ki, qarayaxma kampaniyasında heç bir fəaliyyətləri yoxdur.
- Hələ də deyirsiniz ki, mövqelərini ortaya qoymayıblar. Bəlkə artıq konkretləşdirib kimləri nəzərdə tutduğunuzu açıqlayasınız...
- Açıqlamağa həmişə imkanlar var. Ona görə də hər bir şəxs özünə konkret olaraq nümunə götürməlidir və ortaya çıxıb mövqeyini deməlidir.
- Bəs, hazırda iqtidarda olan bəzi şəxslərin islahata mane olmasında məqsədləri nədir?
- Prezident ümumi qaydada məsələlərə toxundu və onlara xəbərdarlıq etdi. Onlardan eləsi var ki, bu gün də vəzifədədir. Lakin dövlətin apardığı işə əngəl törədir. Eləsi var ki, bu gün işləmədiyindən yox, potensialının olmamasından aparılan aktiv siyasətə çata bilmədiyindən bir əngələ çevrilibdir. O insanlar da başa düşməlidir ki, özü istefa ərizəsini yazıb verməlidir. Kənara çəkilməlidir ki, dövlətimiz inkişaf etsin. Bu gün ictimai-siyasi, iqtisadi, sosial islahatlara cavab verməyən şəxs özü bunu dərk etməlidir. Gözləməməlidir ki, onun haqqında hər hansı bir qərar qəbul olunsun. Dünyada da formalaşmış bir istefa mədəniyyəti var. Əgər şəxs görürsə ki, öz əməli fəaliyyətiylə dövlətinə, xalqına, Prezidentinə hər hansı bir xeyir verə bilmirsə, o, kənara çəkilməlidir. Əgər dövlətini, xalqını, vətənini sevirsə... Yoxsa başqa şeyləri sevirsə, təbii ki, burada problemlər ortaya çıxacaq.
- Ümumiyyətlə, oktyabr ayı hökumətin tarixində həmişə ciddi kadr islahatlarının aparıldığı ay kimi xatırlanır. Bu dəfəki iradların fonunda, biz bu ay da hansısa kadr dəyişikliklərinin şahidi ola bilərikmi?
- Kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Cənab prezident bunu yaradıb və bildirir ki, digərləri də bu məsələlərə əməl etsinlər. Bu məsələlərdə vətəndaşların da rolu böyük olmalıdır. Əgər kim hardasa bir nöqsan görürsə, sosial şəbəkələr vasitəsilə həmin nöqsanları aidiyyatı strukturlara çatdırmaq imkanı var. Hər bir nazirliyin “Qaynar Xətti” də var. Ola bilsin ki, hansısa məsələdə insanların haqları tapdalanır. Onların qanuni haqqının əleyhinə iş aparılır. Bu məsələ də qaldırılır və araşdırılaraq həlli tapılır.
- Prezident çıxışında şişirdilmiş büdcə rəqəmlərindən də danışdı. Bizim hökuməti də əksərən bu məsələdə tənqid edirlər, korrupsiya faktlarını önə çəkirlər. Bundan sonra nə kimi dəyişikliklər gözləyə bilərik?
- Bu məsələylə bağlı yeni Baş Nazir, Maliyyə Nazirliyi, hüquq-mühafizə orqanları, o cümlədən Milli Məclis, partiya tərəfindən təmsil olunan deputatlar diqqətli olsunlar. Əgər harada şişirdilmə varsa, o məsələ qaldırılsın, araşdırılsın. Nəticədə şişirdilmiş, əsası olmayan , havadan götürülmüş rəqəmlər kimi təqdim olunan məsələlər ortaya qoyulsun. Burada söhbət az vəsait hesabına çox iş görməkdən gedir. Elə sahələr var ki, o vəsaitdən o cür istifadə etməmək də olar. Daha çox qənaət əldə etmək hesabına iqtisadiyyatın, sosial sahənin digər istiqamətlərini inkişaf etdirmək olar.
Baxış sayı: 506
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.