20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”-ƏLİ HƏSƏNOV
Tarix: 09-10-2019 13:14 | Bölmə: Manşet
Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var
Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır. Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur.
Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir. Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib.
Bəli, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir. Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir. Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır.
Əli HƏSƏNOV
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi
Baxış sayı: 404
Bölməyə aid digər xəbərlər
Tarix: 09-10-2019 13:14 | Bölmə: Manşet
Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac varAzərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır. Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur.
Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir. Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib.
Bəli, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir. Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir. Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır.
Əli HƏSƏNOV
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi
Baxış sayı: 404
Bölməyə aid digər xəbərlər
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.













