Bütün xəbərlər
İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi
Tarix: 05-10-2019 00:18 | Bölmə: Manşet
 
32 yaşlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb. Şahmatçı Dünya Kubokunun qalibi adını qazanıb.
 Sabaha-inamla.Az xəbər verir ki, bu münasibətlə ölkə prezidenti İlham Əliyev Teymur Rəcəbovu öz facebook səhifəsində təbrik edib. Təbrikdə ölkə prezidenti öz fikirlərini belə ifadə edib:
-Qrossmeyster Teymur Rəcəbova
Əziz Teymur,
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.
Hörmətlə:
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2019-cu il










Baxış sayı: 443


Bölməyə aid digər xəbərlər