20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Şərq-Qərb”, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
Tarix: 24-09-2019 13:21 | Bölmə: Manşet
Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, ötən 25 ildə bundan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Şərq-Qərb”, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları” sərlövhəli analitik məqaləsində yer alıb. Sabaha-inamla.Az bu məqaləni təqdim edir.
Bir qədər əvvəl yazdığım “Əsrin müqaviləsi” - Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə” adlı məqalədə ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş yeni neft strategiyası və onun uğurlu nəticələrindən geniş danışmışdım. Bugünkü məqalədə isə həyata keçirilən siyasi strategiyanın digər mühüm istiqamətindən - Azərbaycanın üçüncü minillikdə beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi ilə bağlı 1993-cü ildən həyata keçirilən dövlət siyasəti və onun görünən nəticələri haqqında bəhs etmək istəyirəm.
Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti, qeyd etdiyim kimi, dövlətin 1993-cü ildən xarici iqtisadi və geosiyasi əlaqələr sahəsində həyata keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur. Mütəxəssislər bu prosesdə Azərbaycanın fəaliyyətində müşahidə olunan bir neçə mühüm istiqaməti xüsusi qeyd edirlər. Bunlar:
- Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafından;
- Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafından;
- “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qurulmasından;
- Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsindən;
- Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olmasından;
- Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılmasından;
- müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsindən;
- yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətdən;
- çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanmasından və s. ibarətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 16 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. Azərbaycanın üç telekommunikasiya peyki - “Azərspace-1”, “Azersky” və “Azərspace-2” orbitə çıxarılmış, Xəzər dənizinin dibi ilə Avropanı Asiya ilə birləşdirəcək kommunikasiya vasitələrinin çəkilişinə start verilmişdir. Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirmişdir.
XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır.
Məlumdur ki, TRASEKA layihəsinin də əsas təşəbbüskarlarından biri ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz onun təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və yekunda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Bakı Bəyannaməsi və Çoxtərəfli Saziş” imzalanmış, TRASEKA-nın Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmışdır. Həmin dövrdə bəzi regional və beynəlxalq dairələrin əsassız qısqanclığına baxmayaraq, TRASEKA layihəsinin qədim İpək Yolu üzərində yenidən qurularaq əksər region ölkələri üçün çox böyük əhəmiyyət kəsb etməsi sübuta yetirilmişdir. Bu layihənin cəlbediciliyi, ilk növbədə, onunla ölçülürdü ki, o, eyni zamanda, Rusiyanın, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın daha əlverişli dəhliz vasitəsilə Avropa və dünya bazarlarına, o cümlədən geriyə çıxışını asanlaşdırırdı, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafına, dünya iqtisadiyyatı ilə inteqrasiyasına mühüm şərait yaradırdı.
TRASEKA layihəsi işə düşəndən, xüsusən BTQ istifadəyə veriləndən sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza, sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən geriyə daşınan yüklərin çatdırılması müddəti dəniz daşımalarına nisbətən iki dəfədən çox qısalmışdır. Mütəxəssislərin fikrinə görə, bu dəhliz hazırda Avropanı Asiya ilə birləşdirən ən əlverişli, qısa və təhlükəsiz nəqliyyat dəhlizi hesab olunur. Onun vasitəsilə son illərdə daşınan malların həcmi bir neçə dəfə artmış və BTQ qitələri bağlayan ən əlverişli nəqliyyat körpüsü rolunu oynamağa başlamışdır.
Əsas qayəsi regionda və dünyada iqtisadi əlaqələrə, rifaha, sülhə, sabitlik və təhlükəsizliyə xidmət etməkdən ibarət olan BTQ vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynamışdır. Azad Ticarət Zonası yaxın gələcəkdə beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, həm də yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasına müstəsna xidmət göstərəcəkdir. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır. Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
BTQ layihəsinin ölkəmiz üçün digər geosiyasi üstünlüklərindən biri də ondan ibarətdir ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu da müvafiq surətdə qardaş dövlətlər arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Digər məsələ bu layihənin yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasına qədər uzadılmasıdır. Layihə çərçivəsində Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə şərait yaradacaqdır.
Azərbaycanın üçüncü minilliyin əvvəlindən xüsusi maraq göstərdiyi, son illərdə fəal şəkildə qoşulduğu və bundan sonra funksionallığı ciddi şəkildə yüksələn başqa bir transmilli nəqliyyat layihəsi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi hesab olunur. Qeyd etmək istəyirəm ki, TRASEKA layihəsində olduğu kimi, Azərbaycan Respublikasının “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulması təşəbbüsü də ümummilli lider Heydər Əliyevə məxsusdur. Məhz onun razılığı əsasında 2001-ci ildən başlayaraq Azərbaycan Respublikasını təmsil edən nümayəndələr Rusiya və İranın müvafiq qurumları ilə bu istiqamətdə müzakirələrə qoşulmuşlar. 2004-cü il mayın 19-21-də Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndə heyəti Moskva şəhərində keçirilən Rusiya və İran dəmir yolu rəhbərlərinin müşavirəsinə qatılmış və üçtərəfli razılığa müvafiq olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə Beynəlxalq Konsorsiumun yaradılmasında iştirak etmişdir. Sonrakı dövrdə hər üç ölkənin dəmir yollarına tranzit yük axınının cəlb edilməsi, birgə layihə-axtarış işlərinin görülməsi, ümumi məsələlərin və birgə işlərin əlaqələndirilməsi istiqamətindəki fəaliyyəti təmin olunmuşdur. 2005-ci il iyulun 24-27-də Tehran şəhərində və 2005-ci il fevralın 9-da Bakıda "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmiş və razılığa gəlinmişdir.
Məlum olduğu kimi, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmışdır. Azərbaycan, qeyd edildiyi kimi, bu sazişə beş il sonra - 2005-ci ildə qoşulmuşdur. Sonrakı illərdə, ümumilikdə, 13 dövlət bu sazişə imza atmış və müvafiq olaraq ratifikasiya etmişdir. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.
Mütəxəssislərin fikrinə görə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan - Hindistandan başlayaraq Rusiyaya, Şimali və Qərbi Avropaya, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdan ibarətdir. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə və s. çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 gün olması gözlənilir.
Azərbaycan Hökuməti “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, sonrakı müddətdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması prosesində fəal rol oynamış, ölkənin hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə nail ola bilmişdir. Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində yaxın müddətdə gözlənilən yük daşımalarının həcmi təxminən birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton və üçüncü mərhələdə - 15 milyon ton nəzərdə tutulur ki, buna nail olmaq istiqamətində də ciddi addımlar atılır. Hazırda mövcud nəqliyyat dəhlizinin reallaşması üzrə işlər çox intensiv şəkildə gedir və Azərbaycan hissəsində proses artıq son mərhələyə qədəm qoymuşdur. Astara (AR)-Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 kilometr yeni yolun, Astaraçay üzərindəki körpü və İran ərazisindəki 1,4 kilometr yolun tikintisi tamamlanmışdır. Bu dəhlizin Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır və işlər başlanmaq üzrədir. Azərbaycan bu dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Rəsmi Bakı İran tərəfinə bəhs olunan dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit ayırmağı nəzərdə tutub. Digər bir istiqamət - Şimal istiqaməti üzrə, Samur çayı üzərindən Samur (Azərbaycan)–Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası və dəmir yolu xətlərinin genişləndirilməsi ətrafında iş gedir. Dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib.
Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli istifadə edərək üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnərək yeni-yeni dividendlər əldə etmək istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bu sahədə ən önəmli rolu, ilk növbədə, BTQ, Bakıdan Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanan avtomobil yolları, Xəzər dənizində və Qara dənizdə Azərbaycanın inşa etdiyi limanlar, o cümlədən Türkiyə və Gürcüstan ərazisindəki dəniz və dəmir yolu limanları oynayacaqdır. Dəhlizin yaradacağı imkanlardan Azərbaycanla yanaşı, Rusiya, İran, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları da istifadə edəcəklər.
Bundan başqa, xüsusi qeyd edilməlidir ki, “Şimal-Cənub” dəhlizi layihəsi Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusən çoxdur. “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.
Son dövrlərdə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regiondakı fərqli qütblər arasındakı geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda, Azərbaycan həm özünün multikultural və sabit ictimai-siyasi cəmiyyət həyatı ilə, həm də yürütdüyü balanslı xarici siyasət və tərəfdaşlıq kursu ilə xüsusi iqtisadi-siyasi dividendlər qazanmağı hədəfləyir. Bu hədəflərin ən mühümü, iqtisadi sahədə fəaliyyətin şaxələndirilməsi, post neft dövründə ölkəmiz üçün qeyri-neft sahəsindəki fəaliyyətdən əlavə gəlir mənbəyi əldə etməkdirsə, siyasi və geosiyasi sahədə regionda müstəqil siyasət yürüdən dövlət imicini qorumaq, regionda və dünyada bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə, təhlükəsizlik sahəsində hamılıqla beynəlxalq hüquq normalarına əməl etmək və s. ibarətdir.
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin xüsusi əhəmiyyətini nəzərə alaraq, son dövrdə İran və Rusiya istiqamətində yeni kommunikasiyaların yaradılmasına xeyli investisiya yatırmışdır ki, bu da ölkənin beynəlxalq aləmdəki etibarlı tərəfdaş imicini gücləndirmişdir. Bundan əvvəl, ölkəmizin liderliyi ilə BTQ-nin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi, bu məkanda azad iqtisadi zonanın yaradılması, Azərbaycanı bir tərəfdən Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), digər tərəfdən Cənubi Asiyanı (İran və Hindistan) Şimalla birləşdirən nəqliyyat qovşağının mərkəzinə çevirmişdir. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər “Şimal-Cənub” layihəsinin reallaşması işini bir qədər gecikdirsə də, bu problemin Azərbaycanla bağlı olmadığı aydındır. Azərbaycan Respublikası öz öhdəsinə düşən bütün infrastruktur layihələrini uğurla həyata keçirmiş və istismara qəbul etmişdir.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor
Baxış sayı: 437
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.