20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan -ƏLİ HƏSƏNOV
Tarix: 16-09-2019 01:51 | Bölmə: Manşet
101 il öncə bu gün- sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı. O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə- öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.
Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.
Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!
Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi
Baxış sayı: 983
Bölməyə aid digər xəbərlər
Tarix: 16-09-2019 01:51 | Bölmə: Manşet
101 il öncə bu gün- sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı. O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə- öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.
Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!
Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi
Baxış sayı: 983
Bölməyə aid digər xəbərlər
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.













