Bütün xəbərlər
Deputatın maşınına bomba qoyulması ilə bağlı xəbər naməlum şəxs tərəfindən daxil olub
Tarix: 20-12-2024 08:04 | Bölmə: Karusel

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun avtomobilinin minalanması ilə bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, deputatın maşınına bomba qoyulması ilə bağlı xəbər təcili xidmətə naməlum şəxs tərəfindən daxil olub. Bu zaman avtomobil Rujeyni zolağında yerləşən yaşayış binasının yeraltı dayanacağında olub. Hadisə yerinə gələn mütəxəssislər partlayıcı qurğu tapmayıblar.
“RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207-ci “Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə” maddəsi ilə cinayət işi açılıb.
Daha əvvəl Kartapolov hadisəni şərh edərkən jurnalistləri əmin edib ki, onunla hər şey qaydasındadır. Eyni zamanda əlavə etdi: "Gözləməyəcəklər!"



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər