Bütün xəbərlər
Yanğın baş verən hündürmərtəbəli binadan 22 nəfər xilas edilib
Tarix: 17-12-2024 10:18 | Bölmə: Karusel

Tümendə Pioner küçəsində çoxmərtəbəli yaşayış binası yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  hadisə yerində 40 yanğınsöndürən və 8 texnika çalışır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalının məlumatına görə, binadan 22 nəfər, o cümlədən iki uşaq xilas edilib.
Yanğınsöndürənlər artıq 30 kvadratmetr açıq yanan sahəni söndürüblər. Bununla belə, binada bir neçə mərtəbədəki elektrik panelləri yanmağa davam edir.
Hadisə ilə bağlı prokurorluq araşdırması təşkil edilib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
13-12-2024, 11:03 Paşinyan Moskvaya uçub