Bütün xəbərlər
Qətər Dəməşqdəki səfirliyini yenidən açacaq
Tarix: 16-12-2024 08:54 | Bölmə: Karusel

Qətər XİN-in məlumatına görə, dekabrın 17-dən Qətər Dəməşqdəki 2011-ci ildə bağlanmış səfirliyinin işini bərpa edəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dəməşqdəki səfirliyin bərpası Qətərin Suriya xalqı tərəfindən həyata keçirilən inqilaba dəstəyinin ifadəsidir, Qətər Xarici İşlər Nazirliyi vurğulayır.
Qətərin Suriyadakı müvəqqəti işlər vəkili vəzifəsini Qətər Xarici İşlər Nazirliyinin Afrika Departamentinə rəhbərlik edən Xəlifə Abdulla Əl Mahmud əl-Şərif icra edəcək. Əl-Şərif Qətərin hökumət başçısı və xarici işlər nazirinin ofisində, Portuqaliya və Cənubi Afrikadakı səfirliklərdə çalışıb.
Qətər diplomatik nümayəndə heyəti səfirliyi yenidən açmaq üçün Dəməşqə gəlib. Qətər yeganə ölkə idi ki, burada Suriya səfirliyi Suriya müxalifəti tərəfindən təmsil olunurdu. Suriyada hakimiyyət dəyişikliyindən sonra Doha yeni Suriya hakimiyyətinin diplomatik nümayəndəliyinin açıldığı ilk paytaxt oldu.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər
13-12-2024, 11:03 Paşinyan Moskvaya uçub