Bütün xəbərlər
FT: Rusiya hərbi personalını Dəməşqdən Xmeymim aviabazasına köçürüb
Tarix: 16-12-2024 08:37 | Bölmə: Karusel

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dəməşqdə hakimiyyətə gələn Heyət Təhrir əş-Şam qruplaşmasının (HTŞ, terrorçu kimi tanınan və Rusiyada qadağan olunmuş) Siyasi Bürosunun üzvü Kamal Ləbabidi "The Financial Times" (FT) qəzetinə müsahibəsində bildirdiyi kimi, Rusiya 400-ə yaxın hərbçisini Dəməşqdən çıxararaq Xmeymim aviabazasına köçürüb.
FT-nin məlumatına görə, Kamal Ləbabidi adı təxəllüsdür.
Ləbabidi Suriya ordusunun Qudsaya (Dəməşq ətrafı) 4-cü diviziyasının qərargahında yerləşmiş rusiyalı hərbçiləri, həmçinin Rusiyanın Dəməşqdəki səfirliyində xidmət edən hərbçiləri nəzərdə tuturdu.
Lababidi bildirib ki, Rusiya və HTŞ Suriyanın müxtəlif bölgələrindən xeyli sayda rus hərbçisinin təxliyəsi üçün danışıqlar aparır. Danışıqlar bu həftə Dəməşqin “Four Seasons” otelində baş tutub.Otel müxalifətin qərargahıdır.
FT-nin məlumatına görə, zirehli maşınlar, traktorlar, tankerlər, xüsusi maşınlar və tibb bölmələrindən ibarət Rusiya karvanı Xmeymim şəhərinə gəlib.
Rusiya Latakiyadakı Xmeymim aviabazasında və Aralıq dənizi sahilindəki Tartus limanındakı hərbi-dəniz bazasında mövcudluğunu saxlayır. 2017-ci ildə Rusiya və Suriya bazaları 49 il müddətinə pulsuz icarəyə götürmək barədə razılığa gəliblər.
Kreml Rusiyanın Xmeymim və Tartusdakı hərbi mövcudluğunun Suriya hakimiyyəti ilə “ciddi söhbət” mövzusu olacağını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ordumuz lazımi ehtiyat tədbirləri görür.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər
13-12-2024, 11:03 Paşinyan Moskvaya uçub