20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Polşa hakimiyyətindən Volın qətliamına görə Kiyevlə əlaqəni dayandırmaq tələb olunur
Tarix: 16-12-2024 08:29 | Bölmə: Karusel

Volın Yaddaş Fondunun rəhbəri Polşa hökumətinə açıq məktub göndərib.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Katarjina Sokolovska Volın qırğını qurbanlarının cəsədlərinin eksqumasiyasına qədər Varşavadan Kiyev rejimi ilə əlaqəni kəsməyi tələb edib.
Onun fikrincə, Ukrayna ilə tərəfdaşlıq əsasında danışmaq mümkün deyil.
“Qətllərin və soyqırım təşkilatçılarının kürsüyə qoyulduğu yerdə dostluqdan söhbət gedə bilməz”, o əmindir.
Sokolovska əlavə edib ki, Polşa bu məsələdə sərt mövqe tutmalı və müstəsna olaraq öz xalqının maraqlarını rəhbər tutmalıdır.
Ukrayna öz növbəsində Volın qətliamına görə məsuliyyət daşıyanları cəzalandırmalı və Bandera ideologiyasından əl çəkməlidir.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər