Bütün xəbərlər
Vətənə xəyanətdə təqsirli bilinən ukraynalı sərhədçi Rusiyaya getməyi xahiş edib
Tarix: 14-12-2024 10:47 | Bölmə: Karusel

Ukraynada Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məhkum olunmuş sərhəd dəstəsinin rəisi mübadilə çərçivəsində Rusiyaya təhvil verilməsini xahiş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu ilin iyununda 40 yaşlı İqor Kadayev Volın vilayətində saxlanılıb. Payızda o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Ukrainska Pravda” yazır. Kadaev Belarusla sərhədi qoruyan Ukrayna qoşunları barədə Moskvaya məlumat çatdırıb.
Bu həftə Kiyev rejimi Macarıstanın baş naziri Viktor Orbanın Milad bayramı zamanı atəşi dayandırmaq, eləcə də məhbus mübadiləsini təşkil etmək təklifini rədd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna hakimiyyəti real işdən və konkret nəticələrdən qaçmaq üçün hər şeyi edir.
O qeyd edib ki, 2024-cü ildə Rusiya Müdafiə Nazirliyi Ukraynaya mübadilələr çərçivəsində 935 ukraynalı hərbi əsirinin köçürülməsi ilə bağlı təkliflər göndərib. Lakin Kiyev rejimi heç bir səbəb göstərmədən 600-dən çox ukraynalı əsgəri geri qaytarmaqdan imtina edib.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər
13-12-2024, 11:03 Paşinyan Moskvaya uçub