20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Boksçu Kevin Conson Federal Penitensiar Xidmətdə işləmək istədiyini bildirib
Tarix: 14-12-2024 10:33 | Bölmə: Karusel

Bu ilin əvvəlində Rusiya vətəndaşlığını qəbul etmiş boksçu Kevin Conson Federal Penitensiar Xidmətdə (FSIN) işləməyə hazır olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bəli, mən əldə etdiyim bacarıqlardan istifadə etməkdə maraqlı olardım. Əgər Federal Penitensiar Xidmətdə işləmək təklifi gəlsə, sınamağa şad olaram", - TASS onun sözlərindən sitat gətirir.
Dekabrın 5-də “Rossiya” telekanalı Consonun Rusiya Federal Penitensiar Xidmətinin Saturn xüsusi təyinatlıları departamentində gənc döyüşçü kursunu uğurla başa vurduğunu bildirib.
Təlim zamanı o, “Kalaşnikov” avtomatının yığılması və sökülməsi, maqazin təchiz edilməsi, bıçaq atma və maneə zolağının öhdəsindən gəlməyi mənimsəyib. Kursu bitirdikdən sonra Conson xüsusi təyinatlıların zabitləri üçün boks üzrə ustad dərsi keçib.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər