Bütün xəbərlər
Tikinti işçilərinin laqmandan kütləvi zəhərlənməsi baş verib
Tarix: 13-12-2024 09:40 | Bölmə: Karusel

Kamçatkada tikinti işçiləri laqmandan zəhərləndikdən sonra ictimai iaşə şirkətinin baş direktoru cərimələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmə Kamçatka diyarının Yelizovo şəhərində yeni aeroport kompleksinin tikinti işçilərinin qidalanmasına cavabdeh olan şirkətin baş direktorunu təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə təqsirli bilib.
"Müttəhim 280 min rubl cərimə cəzasına məhkum edildi", - regional prokurorluq aydınlaşdırdı.
Məhkəmə müəyyən edib ki, qadın yeməkxana işçilərinin gigiyena və sanitar normalara riayət etmələrini təmin etməyib. Nəticədə, hazır yeməyin - souslu lağmanın tərkibində qida yoluxucu xəstəliklərin törədicisi - Staphylococcus aureusun ştammı var idi.
43 inşaat işçisi nahardan sonra özünü pis hiss edib. Onlara bağırsaq infeksiyası diaqnozu qoyulub. Sağlamlığa dəyən zərər yüngül hesab edilib.
Hökm qanuni qüvvəyə minməyib və ondan şikayət verilə bilər.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər
13-12-2024, 11:03 Paşinyan Moskvaya uçub