Bütün xəbərlər
Terrora çağırışa görə 2,5 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 11-12-2024 07:51 | Bölmə: Karusel

Primorsk diyarının sakini Rusiya Federasiyasında hakimiyyəti ələ keçirməyə çağırış və terrora bəraət qazandıran cinayət işi üzrə mühakimə olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmin şəxs 2024-cü ilin iyununda FSB əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 1-ci hissəsi ilə “Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği” ilə cinayət işi açılıb.
“Məhkəmə qərarı ilə vətəndaş Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona iki il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. “TASS” xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin Primorsk ərazisi üzrə Sərhəd İdarəsinin qrupları məlumat yayıb.
Bundan əvvəl Udmurtiyada terrorçuluğa çağırışlar etdiyinə görə Ukrayna vətəndaşı saxlanılıb.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər