14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
“Moremaniya” mağaza-kafesinin işi dayandırılıb
Tarix: 09-12-2024 23:50 | Bölmə: Karusel

Moskvanın Babuşkinski məhkəməsi Mira prospektində yerləşən “Moremaniya” mağaza-kafesinin fəaliyyətini iki ay müddətinə dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Moskvanın Babuşkinski rayon məhkəməsinin qərarı ilə “Moremaniya” mağaza-kafesi (hüquqi şəxs – “Sevrıba” MMC) Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 6.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib. Bu barədə məhkəmə məlumat yayıb.
Qeyd olunur ki, bununla bağlı məhkəmə tərəfindən müəssisənin fəaliyyətinin 60 gün müddətinə dayandırılması şəklində inzibati tənbeh tətbiq edilib.
Bundan əvvəl Rospotrebnadzor mütəxəssisləri yerində yoxlama zamanı kafedə yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına, kütləvi zəhərlənmələrə səbəb ola bilən, bununla da vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yarada bilən sanitar qanunvericiliyin pozulması hallarını müəyyən ediblər. Bununla əlaqədar olaraq kafenin işi müvəqqəti olaraq dayandırılıb.
Bundan əvvəl Sankt-Peterburqun Sizova küçəsində yerləşən “Tokyo City” restoranında 20-dən çox insanın zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Bununla bağlı epidemiya əleyhinə kompleks tədbirlər təşkil edilib. Dezinfeksiya tədbirləri həyata keçirilib.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər