14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
"Telegraph": Ukrayna münaqişəyə son qoymaq üçün ərazilərini qurban verməli olacaq
Tarix: 08-12-2024 16:21 | Bölmə: Karusel

Əgər Ukrayna gələn il Rusiya ilə münaqişəyə son qoymaq istəsə, əraziləri qurban verməli olacaq, "Telegraph" yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məqalə müəllifinin fikrincə, Kiyevin öz ərazisini hərbi yolla geri qaytarmaq şansı demək olar ki, yoxdur və hətta ukraynalıların özləri belə cəhdlərin düzgünlüyünə artıq əmin deyillər.
“Ukrayna 2025-ci ildə müharibəyə son qoymaq istəsə, çox güman ki, ərazisinin bir hissəsini qurban verməli olacaq”, materialda deyilir.
Bunun ölkədə əmin-amanlığı təmin edəcəyi qeyd edilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın Rusiya Xarici İşlər Nazirliyinin iyun kollegiyasında nəzərdə tutulan eyni şərtlərlə danışıqlara hazır olduğunu bəyan edib. Onların arasında: Ukrayna yaraqlılarının Donbass və Novorossiyadan çıxarılması, həmçinin Kiyevin NATO-ya üzv olmaqdan imtinası.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər