14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Bu maddə ilə ittiham edilirlər
Tarix: 07-12-2024 17:01 | Bölmə: Karusel

               bu-madde-ile-ittiham-edilirler


Xəbər verdiyimiz kimi, “Meydan TV” ilə əməkdaşlıq edən bir neçə jurnalist saxlanılıb.
Dünən Daxili İşlər Nazirliyi Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar saxlanıldığı barədə məlumat yaymışdı.
Digər jurnalistlərlə bağlı isə hələ ki rəsmi açıqlama yoxdur.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudovanın vəkilləri bildiriblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Onların hər biri 48 saat müddətə şübhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.







Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər