14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Buryatiyada 6,1 bal gücündə zəlzələ baş verib
Tarix: 05-12-2024 06:49 | Bölmə: Karusel

Buryatiyanın Tunkinski rayonunda 6,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb, Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə mətbuat xidməti bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qeyd olunduğu kimi, zəlzələ Anqara vilayətinin bir neçə yaşayış məntəqəsində - İrkutsk, Slyudyanka, Şelexovda sakinlər tərəfindən hiss olunub. Ekspertlərin fikrincə, 2 ballıq intensivlik olub.
Seysmik hadisə nəticəsində xəsarət alan olmayıb və dağıntı qeydə alınmayıb. Bütün infrastruktur obyektləri normal işləyir.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsindən verilən məlumata görə, zəlzələ saat 06:16-da (Moskva vaxtı ilə 01:16) Buryatiya Respublikasının Mondı qəsəbəsi yaxınlığında baş verib.
Ötən gün Kamçatkanın Kronotski körfəzində 5,5 bal gücündə zəlzələ baş verib.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər