12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Poroşenkonun oğlu Ukraynada axtarışa verilib
Tarix: 05-12-2024 01:50 | Bölmə: Karusel

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey (ata və oğul Rosfinmonitorinqin ekstremist birlikləri siyahısına daxildir) çağırış vərəqəsinə gəlmədiyi üçün axtarışa verilib).

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Ukrayna nəşrlərindən biri məlumat yayıb.
Onun məlumatına görə, Aleksey Poroşenko iki dəfə - sentyabrın 4-də və oktyabrın 21-də TŞ-yə çağırılıb, lakin o, hər iki çağırışa məhəl qoymayıb. Həmin şəxsin ehtiyatda olan leytenant olduğu qeyd edilir.
Ukrayna mətbuatı xəbər verir ki, Aleksey Poroşenko həyat yoldaşı və iki uşağı ilə birlikdə ya Sinqapurda, ya da Londonda yaşayır. Keçmiş prezidentin oğlu Ukraynada yerləşən və atasından miras qalmış biznesi uzaqdan idarə edir.
Oktyabrda məlum olub ki, Aleksey Poroşenkonun Rusiyadakı əmlakına həbs qoyulub.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər