12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Rusiya Aerokosmik Qüvvələri Suriyada terrorçulara hücum edərək 120-yə qədər yaraqlını məhv edib
Tarix: 05-12-2024 01:43 | Bölmə: Karusel

Suriya ordusuna yardım edən Rusiya Aerokosmik Qüvvələri yaraqlıların toplaşdığı yerlərə silsilə hücumlar həyata keçirib və nəticədə 100-dən çox terrorçu məhv edilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, birinci dərəcəli kapitan Oleq İqnasyuk bildirib.
O, raket və bombalı hücumların İdlib, Həma və Hələb əyalətlərində həyata keçirildiyinə aydınlıq gətirib.
“120-yə qədər terrorçu, 24 maşın, bir tank və bir sursat anbarı məhv edilib”, - deyə, İqnasyuk bildirib.
Bir gün əvvəl o, Rusiya Aerokosmik Qüvvələrinin zərbələri nəticəsində 100-ə yaxın yaraqlının məhv edilməsi barədə məlumat vermişdi.
Bundan əvvəl Suriya Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, Hələb şəhərinin cənub-şərqində silahlılar tərəfindən bloklanan hərbi akademiyanın zabit və kursantları Rusiya qüvvələri ilə koordinasiyada mühasirəni yarıb.




Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər