Bütün xəbərlər
ABŞ "Qazprombank"ın xarici filiallarına qarşı sanksiyalar tətbiq edib
Tarix: 21-11-2024 20:32 | Bölmə: Karusel

ABŞ Maliyyə Nazirliyi “Qazprombank”ın xaricdəki törəmə şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) rəsmi saytında məlumat yayıb.
Sanksiyalar "Qazprombank"ın Cənubi Afrika Respublikası, Honq-Konq, Kipr, Lüksemburq və İsveçrədəki filiallarına təsir edib.
Məhdudiyyətlərin tətbiqinə səbəb Rusiya hökumətinin hərbi malların alınması, habelə Rusiya hərbçilərinə və onların ailələrinə ödənişlər üçün “Qazprombank”dan istifadə etməsi olub.
Amerika tənzimləyicisi "Sberbank"ın Hindistandakı filialının rəhbəri Andrey Anisova qarşı da şəxsi sanksiyalar tətbiq edib.
Əvvəllər ABŞ Maliyyə Nazirliyi Qazprombank-ın baş filialını Xüsusi Təyin olunmuş Vətəndaşlar və Bloklanmış Şəxslər (SDN) siyahısına daxil edib. Tənzimləyici sanksiyaların tətbiqini Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ilə əlaqələndirib.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər