Bütün xəbərlər
Lukaşenko 20-dən çox yüksək rütbəli təhlükəsizlik məmurunu hərbi rütbələrindən məhrum edib
Tarix: 18-11-2024 21:24 | Bölmə: Karusel

Belarus prezidenti Aleksandr Lukaşenko iyirmidən çox hüquq-mühafizə orqanı əməkdaşının rütbələrindən məhrum edilməsi haqqında fərman imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Keçmiş hərbçilər və müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları (komandirlər) hərbi və xüsusi rütbələrdən - ümumilikdə 21 nəfər məhrum ediliblər”, - Belarus liderinin mətbuat xidməti bildirib.
2020-ci ildə Belarusda ictimai-siyasi vəziyyətin gərginləşməsi zamanı rütbəsi aşağı salınanların hərbi qulluqçu statusu ilə bir araya sığmayan qanunsuz hərəkətlər etdiyi aydınlaşdırılır.
Zabitlərin hərbi və xüsusi rütbələrdən məhrum edilməsi məsələsi hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən irəli sürülüb.
Belarusda 2020-ci il avqustun 9-da keçirilən və Lukaşenkonun altıncı dəfə qalib gəldiyi prezident seçkilərindən sonra bir neçə ay ərzində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən yatırılan etiraz aksiyaları keçirilib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər