Bütün xəbərlər
Yanğınla əlaqədar 350 nəfər təxliyə edilib
Tarix: 18-11-2024 13:33 | Bölmə: Karusel

Noyabrın 18-də günorta saatlarında Yekaterinburq Mərkəzi Xəstəxanasında baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
Xatırladaq ki, yanğın tibb müəssisəsinin damında baş verib. Gələn yanğınsöndürənlər 200 kvadratmetr sahədə yanğını qeydə alıblar. Mətbuat xidməti dəqiqləşdirib ki, hadisə yerində 39 yanğınsöndürən işləyir, 13 xüsusi texnika cəlb olunub. Daha əvvəl izolyasiyanın alovlandığı məlum olub.
Hadisə yerindən çəkilən videoda insanlar yanan binanı özbaşına tərk edirlər. 50-si uşaq olmaqla, ümumilikdə 350 nəfər təxliyə edilib.





Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər