Bütün xəbərlər
Çadda saxlanılan 3 rus və bir Belarus vətəndaşı sərbəst buraxılıb
Tarix: 16-11-2024 21:48 | Bölmə: Karusel

Çadda saxlanılan 3 Rusiya və bir Belarus vətəndaşı sərbəst buraxılıb.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda onlar Moskvadadırlar.
Azad edilənlər arasında sosioloq Maksim Şuqaley də var, bu barədə RİA Novosti-yə onun həmkarları məlumat verib. Ruslar və belaruslar noyabrın 16-da şənbə günü axşam Moskvaya gəliblər.
Sentyabrda məlum olmuşdu ki, rusiyalı sosioloqlar Maksim Şuqaley və Samer Sueyfan Çad Respublikasının paytaxtının hava limanında saxlanılır. Onlara qarşı ittiham irəli sürülməyib və baş verənlərin səbəbləri izah edilməyib.
Sentyabrın sonunda Çad prezidenti saxlanılan rusların azad ediləcəyini bəyan edib. Dəqiq tarix göstərilməyib.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər