12:13 / 16-11-2024
Üzən oteldə yanğın olub
Bütün xəbərlər
Deputatlar avtomobil xidmətinin əməkdaşını döyüblər...
Tarix: 15-11-2024 11:42 | Bölmə: Karusel

Vladimir vilayətində rayon şuralarından birinin deputatının dələduzluq və qul əməyindən istifadə etməsi ilə bağlı cinayət işinin istintaqı zamanı qanunsuz fəaliyyətin yeni epizodları üzə çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sobinsk bələdiyyəsinin iki deputatına və onların dostu, bu qurumun deputatlığına keçmiş namizədə qarşı “Bir qrup şəxs tərəfindən zor tətbiq etməklə və silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
2022-ci ilin oktyabrında şübhəlilər Lakinsk şəhərindəki avtoservis mərkəzinə gələrək işçilərdən birini döyüblər.
Onlar zərərçəkənin üzünə və bədəninə bir neçə yumruq zərbələri endiriblər, həmçinin yanğınsöndürmə balonunun içindəkiləri ona buraxıblar.
İstintaq istintaq komitəsinin Vladimir vilayəti üzrə şöbəsindən bildiriblər ki, “istintaq onlara qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət vermək niyyətindədir”.
Onlar əlavə ediblər ki, hazırda hadisənin bütün şəraiti və cinayətkar qruplaşmanın hər bir üzvünün rolu müəyyənləşdirilir.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər