Bütün xəbərlər
BCM-nin hakimi Rene Alapini-Qansou Moskvada qiyabi həbs edilib – monitorinq
Tarix: 13-11-2024 16:47 | Bölmə: Karusel

Moskvanın Basmannı rayon məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) daha bir hakimi, hazırda beynəlxalq axtarışda olan Renee Adelaide Sofi Alapini-Qansuyu qiyabi həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmədən verilən məlumata görə, o, qanunsuz həbsdə ittiham olunur.
“Rene Adelaide Sofi Alapini-Qansu ilə bağlı məhkəmə həbs-qətimkan tədbiri seçib”, - deyə, “İnterfaks” məlumat yayıb.
Basmannı məhkəməsi aydınlaşdırıb ki, həbs müddəti Alapini-Qansunun Rusiyada saxlanıldığı və ya ölkəyə ekstradisiya edildiyi andan hesablanmağa başlayacaq.
KİV-in məlumatına görə, Alapini-Qansu 2024-cü ilin yayında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verən hakimlər arasında olub.
Bundan əvvəl Basmannı Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Haykel Ben Mahfudun qanunsuz həbsi ilə bağlı beynəlxalq axtarışa verildiyini bildirib. Onu da qiyabi həbs ediblər.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər