Bütün xəbərlər
Restorançı və jurnalist Aleksey Zimin vəfat edib
Tarix: 13-11-2024 12:29 | Bölmə: Karusel

Aşpaz, restorançı və jurnalist Aleksey Zimin 53 yaşında vəfat edib. Bu barədə onun əvvəllər işlədiyi “Afişa” nəşri məlumat yayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “Qastro”nun jurnalisti Roman Loşmanov jurnalistlərə həmkarının ölümü ilə bağlı açıqlama verib. Məlumatı Ziminin tanışları təsdiqləyiblər. Ölümün səbəbi açıqlanmayıb.
Aleksey Zimin son illər Londonda yaşayıb, burada 2015-ci ildən öz rus restoranı və media layihələrini inkişaf etdirir. Əvvəllər jurnalist bir neçə kitab nəşr etdirib, NTV-də kulinariya proqramının aparıcısı olub, Moskvada bir sıra bar və kafelər açıb, həmçinin Mərkəzi Yazıçılar Evinin restoranını yenidən işə salıb.
Zimin “Afişa Food” layihəsini yaradıb, “Afişa World” jurnalının redaktoru, “Afişa” jurnalının baş redaktor müavini, GQ nəşrinə rəhbərlik edib, “Kommersant” və “Vedomosti” üçün qastronomik köşə yazıları yazıb.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər