Bütün xəbərlər
Qırğızıstanın Daxili İşlər Nazirliyi hakimiyyəti ələ keçirməyi planlaşdıran bir qrup şəxsi saxlayıb
Tarix: 12-11-2024 21:49 | Bölmə: Karusel

Qırğızıstan polisi respublikada hakimiyyəti zorla ələ keçirmək niyyətində olan bir qrup şəxsi saxlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qrupa keçmiş təhlükəsizlik işçiləri və döyüş hazırlığı keçən əcnəbi daxildir.
"Alınan məlumata görə, bu mütəşəkkil dəstə kütləvi iğtişaşlar təşkil etmək və hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə yaradılıb", - məlumatda deyilir.
İstintaq hesab edir ki, şübhəlilər noyabrın 17-də yerli seçkilər günü milli idman oyunlarının keçirilməsi bəhanəsi ilə zorakılığa sövq etmək və vəziyyəti sabitliyi pozmaq niyyətində olublar. Şübhəli şəxslərin adlarının siyahısı açıqlanmasa da, onların arasında baş prokurorun keçmiş müavini, biri pilotsuz uçuş aparatı üzrə mütəxəssis olan iki əcnəbi və digərlərinin olduğu məlum olub.
Saxlanılan şəxslərə qarşı kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq, hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd, Qırğızıstan vətəndaşının xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya hərbi əməliyyatlarda iştirakı ittihamı irəli sürülüb.
Oktyabrın 8-də Belarusda 45 nəfər hakimiyyətin ələ keçirilməsi və ekstremizmlə bağlı cinayət işinə cəlb olunub. Respublikanın İstintaq Komitəsinin verdiyi məlumata görə, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın cinayətkar fəaliyyətinə qoşulan daha 22 nəfəri müəyyən etmək mümkün olub.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər