Bütün xəbərlər
Buryatiyada BAM tunelinin yaxınlığında zəlzələ qeydə alınıb
Tarix: 12-11-2024 18:02 | Bölmə: Karusel

Zəlzələ Buryatiyanın Muyski rayonunda baş verib, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb. Baykal-Amur magistral tunelinin yaxınlığında zəlzələ qeydə alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seysmoloqların məlumatına görə, bu, yerli vaxtla saat 20:22-də (Moskva vaxtı ilə 15:22) Rusiyanın ən uzun BAM tunelinin yerləşdiyi Severomuisk kəndindən 32 kilometr şimalda yerləşən Severo-Muyski silsiləsində baş verib.
Bildirilir ki, episentrdə təkanların intensivliyi 5 bal, tunel yaxınlığında 4-5 bal, Severomuisk kəndində 4 bal civarında dəyişib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Bundan əvvəl noyabrın 10-da axşam Buryatiya Respublikası və İrkutsk vilayətində zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Orlik kəndi yaxınlığında yerləşib. Zərbənin intensivliyi 6,5 bal təşkil edir. İrkutsk və ətraf rayonlarda zəlzələnin gücü 3 bal olub.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər