Bütün xəbərlər
Bayden administrasiyası razılaşdırılmış vəsaiti yanvar ayına qədər Kiyevə göndərməyi planlaşdırır
Tarix: 10-11-2024 22:36 | Bölmə: Karusel

Birləşmiş Ştatlar səlahiyyətləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ötürməzdən əvvəl bütün razılaşdırılmış resursları Ukraynaya göndərməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
Hazırda 6 milyard dollarlıq bir məbləğdən söhbət gedir.
“Yanvarın 20-nə qədər biz Konqresin razılaşdığı bütün resursları Ukraynaya göndərəcəyik”, - deyə, Sullivan "CBS News"-ə müsahibəsində bildirib.
Müşavirin sözlərinə görə, hazırkı prezident Co Bayden də Konqresə Kiyevə yardımın davam etdirilməsinin vacibliyini çatdırmağa çalışacaq.
Bundan əvvəl Trampın andiçmə mərasiminin yanvarın 20-də baş tutacağı bildirilirdi. Bayden hakimiyyətin dinc yolla ötürülməsini təşkil edəcəyinə söz verib.



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər