Bütün xəbərlər
Kuba sahillərində 6,8 bal gücündə daha bir zəlzələ baş verib
Tarix: 10-11-2024 21:52 | Bölmə: Karusel

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Kuba yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Moskva vaxtı ilə saat 19:49-da baş verib. Zəlzələnin episentri Marea del Portilyo şəhərinin cənubunda qeydə alınıb.
Zəlzələnin bölgədə sunami təhlükəsi yaratmadığı qeyd edilir.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Bundan əvvəl Moskva vaxtı ilə saat 18.50-də Kuba sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.



Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər