Bütün xəbərlər
Buryatiya Respublikası və İrkutsk vilayətində zəlzələ baş verib
Tarix: 10-11-2024 17:50 | Bölmə: Karusel

Noyabrın 10-u axşam saatlarında Buryatiya Respublikası və İrkutsk vilayətində zəlzələ qeydə alınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novostiyə bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat verib.
Geofiziki xidmət Buryatiyada baş verən zəlzələnin episentrinin Orlik kəndi yaxınlığında olduğunu bildirib. Zərbənin intensivliyi 6,5 bal təşkil edir.
İrkutsk və onun ətraf rayonlarında zəlzələnin intensivliyi 3 bal, enerji sinfi 12,7 olub.
Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, dağıntı və xəsarət alan olmayıb.



Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər