Bütün xəbərlər
Mərkəzi Hərbi Dairənin general-mayoru Putilova rüşvət verilməsində vasitəçi həbs edilib
Tarix: 08-11-2024 21:40 | Bölmə: Karusel

Sankt-Peterburq məhkəməsi Mərkəzi Hərbi Dairənin general-mayoru Denis Putilova 10 milyon rubl rüşvət verilməsində vasitəçi olmuş İqor Vinoqradovu həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məhkəmənin qapalı formatda keçirildiyini və təqsirləndirilən şəxsin 2025-ci il yanvarın 5-dək həbsdə saxlandığını bildirib.
Vinoqradov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.1-ci maddəsi ilə ittiham olunur.
Ehtimala görə, 2023-cü ilin dekabr ayının sonunda Vinoqradov hərbi texnikanın təmiri və texniki xidməti üzrə podratçı qismində çıxış edən İ.P.Çudinovun nümayəndəsindən rüşvəti Mərkəzi Hərbi Dairəsinin zirehli xidmətinin rəisi Putilova verib. Bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər