20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Mindən çox miqrant saxta sənədlərlə leqallaşdırılıb
Tarix: 07-11-2024 23:45 | Bölmə: Karusel

Sankt-Peterburqda 2023-cü ildə mindən çox miqrantı leqallaşdıra bilən cinayətkar qrup saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin bildirdiyinə görə, noyabrın 7-də "Obvodnıy" kanalının sahilindəki yataqxanada saxta sənədlərdən istifadə edərək əcnəbilərin leqallaşdırılması ilə məşğul olan bir qrup şəxs saxlanılıb.Təxminən 250 nəfər qeydiyyatdan keçib. Bu işdə onlara Sankt-Peterburqun Admiralteyski rayonunun daxili işlər orqanlarının nümayəndələri kömək ediblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları yataqxananın sahibi ilə əlaqə saxlaya biliblər, məlum olub ki, o da təcavüzkarlarla əlbir olub və uydurma qeydiyyata görə adambaşına aylıq 7 min rubl alırmış.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər