Bütün xəbərlər
Kurqan hava limanı pis hava şəraitinə görə bağlanıb
Tarix: 06-11-2024 21:06 | Bölmə: Karusel

Kurqan hava limanı bölgədə pisləşən hava ilə əlaqədar cümə axşamı səhərə qədər fəaliyyətini müvəqqəti dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, hava limanı şiddətli qar tufanı və küləklə əlaqədar noyabrın 7-də səhər saat 5-ə qədər bağlı olacaq.
Kurqan vilayətinin qubernatoru Vadim Şumkov özünün Telegram kanalında bildirib ki, havanın kəskin dəyişməsi ilə əlaqədar təmizləmə işlərinin aparılması üçün birgə əməliyyat qərargahı yaradılıb.
Bundan əvvəl Orenburqda uçuşların kütləvi şəkildə gecikmələri barədə məlumat verilmişdi.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər