20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Dağıstan dağlarında qar fırtınası səbəbindən Xarami aşırımı bağlanıb
Tarix: 05-11-2024 22:26 | Bölmə: Karusel

Dağıstanın dağlıq ərazilərində pis hava şəraiti ilə əlaqədar Botlix rayonundakı Xarami aşırımı bağlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, regional magistral departamentinin (Dagavtodor) Telegram kanalına görə, bu yol Çeçenistandan gedir.
“Qroznı-Botlix-Xunzax-Arakan respublika avtomobil yolunun 95-110-cu km-i olan hissəsinin hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə gecə saatlarında qar fırtınası və görüntünün zəifləməsi ilə əlaqədar olaraq bağlanıb”, - məlumatda deyilir.
Yol işçiləri nəqliyyat vasitələrinin sürücülərindən bu istiqamətdə hərəkətdən çəkinmələrini və alternativ yollar seçmələrini xahiş ediblər.



Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər