Bütün xəbərlər
Qreta Tunberq Gürcüstanda seçkinin nəticələrinə qarşı müxalifətin mitinqində iştirak edir
Tarix: 04-11-2024 21:15 | Bölmə: Karusel

TASS agentliyi xəbər verir ki, isveçli ekoloji fəal Qreta Tunberq müxalifətin mitinqində iştirak etdiyi Gürcüstana gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, noyabrın 4-də Tbilisidə oktyabrın 26-da keçirilən parlament seçkilərinə qarşı mitinq başlayıb. Paytaxtda da müxalifət yürüşü olub - fəallar dəmiryol vağzalından parlament binasına doğru yürüş ediblər.
Bundan əvvəl Almaniya Bundestaqı Tunberqin Almaniyaya girişinə qadağa qoyulmasını tələb etmişdi. Deputat Alexander Trom-un sözlərinə görə, Almaniyada isveçli fəal kimi “yəhudi düşmənlərinə” yer yoxdur.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər