Bütün xəbərlər
Zaporojyedə 100 metrlik Rusiya bayrağı açılıb
Tarix: 04-11-2024 19:29 | Bölmə: Karusel

Zaporojye vilayətində “Gənc Cənub” ümumrusiya təhsil forumunun iştirakçıları Milli Birlik Günü şərəfinə 100 metrlik Rusiya bayrağını açıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan başqa, ölkənin 83 regionundan olan uşaqlar Rusiya himnini a capella ifa ediblər. Təşkilatçıların sözlərinə görə, aksiyanın məqsədi bütün ölkə gənclərinin birlikdə ölkənin ümumi gələcəyini qurmağa hazır olduqlarını göstərməkdir.
Forumda həmçinin qrant müsabiqəsi keçirilir və bu müsabiqə çərçivəsində iştirakçılar öz layihələrini təqdim edə bilərlər.
Forum noyabrın 1-dən 6-dək Zaporojye vilayətindəki “Mayak” yaradıcılıq mərkəzində keçiriləcək.
Bu il forumda iştirak etmək üçün 1500-dən çox müraciət daxil olub.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər