Bütün xəbərlər
"F-16" qırıcıları bir qrup pilotsuz təyyarənin aşkarlanması ilə əlaqədar havaya qalxıb
Tarix: 04-11-2024 15:00 | Bölmə: Karusel

Rumıniya Müdafiə Nazirliyi bazar ertəsi gecə "F-16" qırıcılarının ölkənin hava məkanı yaxınlığında bir qrup pilotsuz təyyarənin aşkarlanması ilə əlaqədar havaya qalxdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarələr Qara dəniz üzərində aşkar edilib və Rumıniya sərhədinə yaxın uçaraq Ukrayna hava məkanına doğru gedirmiş.
“Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki "F-16" təyyarəsi hava məkanındakı vəziyyəti izləmək üçün 86-cı Borça Hava Bazasından havaya qalxıb”, - deyə, məlumatda bildirilir.
Rumıniyanın radar sistemi ölkənin hava məkanının pozulmadığını təsdiqləyib. Hava hücumu xəbərdarlığının səsləndiyi Tulcea qraflığında, mümkün dron zibilləri üçün yoxlama başladı. Hadisə ilə bağlı müttəfiq strukturlara məlumat verilib.
Oktyabrın 19-da da oxşar hadisə qeydə alınıb.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər