Bütün xəbərlər
Sandu Moldovada prezident seçkilərinin ikinci turunda 55,22% səslə liderdir
Tarix: 04-11-2024 09:35 | Bölmə: Karusel

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda protokolların 99,46%-nin işlənməsindən sonra respublikanın hazırkı prezidenti Maya Sandu 55,22% səslə öndədir. Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatları sübut edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müxalifət partiyasının namizədi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 44,78% səs toplayıb.
Moldovada protokolların 100%-i işlənib, bir sıra xarici seçki məntəqələrində səslərin sayılması qalıb. Bundan əvvəl seçkilərdə fəallığın 54 faiz olduğu bildirilirdi.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər