Bütün xəbərlər
İki narkotik dəstəsindən ən azı 400 nəfər döyüşüb, 5-i yaralanıb
Tarix: 01-11-2024 21:30 | Bölmə: Karusel

Fransanın Puatye şəhərində iki narkotik dəstəsinin üzvləri arasında kütləvi dava düşüb, nəticədə yeniyetmələr də daxil olmaqla, təxminən 5 nəfər xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Le Monde” yazır ki, davada 400-600 nəfər iştirak edib.
Nəşrin məlumatına görə, hər şey oktyabrın 31-i axşam Coimbra meydanındakı restoranlardan birinin yaxınlığında baş verib. Əvvəlcə avtomobildə olan bir qrup şəxs müəssisəyə bir neçə dəfə atəş açaraq qaçıb, daha sonra dava başlayıb.
"Restoranda atışma bir neçə yüz nəfərin iştirak etdiyi rəqib dəstələr arasında dava ilə başa çatıb. Mənə təxminən 400-600 nəfər dedilər", - ölkənin daxili işlər naziri Bruno Retaio bildirib.
Fövqəladə vəziyyət nəticəsində üçü yeniyetmə olmaqla azı beş nəfər xəsarət alıb. Hər üç gəncin bədəninin müxtəlif nahiyələrindən güllə yaraları olub. Onlardan biri başından güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər