Bütün xəbərlər
Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib
Tarix: 27-10-2024 11:11 | Bölmə: Karusel

Oktyabrın 27-də saat 16:49-da (Moskva vaxtı ilə 07:49) Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər qüvvə ilə hiss olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsi öz Telegram kanalında 5,6 bal gücündə zəlzələ barədə məlumat yayıb.
"Zəlzələnin episentri Milkovo kəndindən 164 km şərqdə, Kronotski körfəzi sularında yerləşib", - məlumatda deyilir.
Petropavlovsk-Kamçatskidə seysmik hadisə 2 bala qədər qüvvə ilə hiss olunub. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi əlavə edib ki, sunami təhlükəsi elan olunmayıb.
Bundan əvvəl Buryatiya dağlarında 3,3 bal gücündə zəlzələ qeydə alınıb.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər