14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Məhkəmə Nəqliyyat Komitəsinin sədr müavinini istintaq təcridxanasına göndərib
Tarix: 25-10-2024 19:43 | Bölmə: Karusel

Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edib və şəhər nəqliyyat komitəsinin sədr müavini Renat Yaqudini xüsusilə külli miqdarda rüşvət almaq işi üzrə dekabrın 16-dək həbs edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, sentyabr ayından gec olmayaraq Yaqudin vasitəçi olmalı olduğu tanışı ilə nəqliyyat infrastrukturunun elementlərinin tədarükü üçün dövlət müqaviləsinin bağlanmasına köməklik üçün şirkət nümayəndəsindən 2,5 milyon rubl almağa razılaşıb.
Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidməti aydınlaşdırıb ki, söhbət avtobus dayanacaqlarının pavilyonlarına informasiya işıqlı plakatların tədarükü üçün dövlət müqaviləsindən gedir.
Yaqudin ona rüşvət verərkən saxlanılıb. FSB əməkdaşlarının avtomobilinə yaxınlaşdığını görən məmur pulu yolun hərəkət hissəsinə atıb və qaçmağa çalışsa da, saxlanılıb.
İstintaq artıq müttəhimə xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edib və o, təqsirini qismən etiraf edib.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər