Bütün xəbərlər
Aborta sövq etdiklərinə görə cərimələnəcəklər
Tarix: 24-10-2024 10:21 | Bölmə: Karusel

Omsk vilayətinin hakimiyyəti qadınları aborta sövq edənlərə görə cərimə tətbiq etməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, regionun qubernatoru Vitali Xotsenko bildirib ki, məsuliyyət özəl klinikalara da şamil olunacaq.
Onun sözlərinə görə, Omsk vilayətinin İnzibati Xətalar Məcəlləsinə müvafiq düzəlişlər artıq hazırlanıb və regional qanunvericilik məclisinin deputatları onları baxılmaq üçün qəbul ediblər.
"Gələcək anaları analıq, uşaqlıq və ölkəmizin gələcəyi haqqında düşünmək əvəzinə, qazanc haqqında düşünən vicdansız insanlardan qorumaq vacibdir"-Vitali Xotsenko Telegram kanalında deyib.
Analoji qanun artıq Primorsk diyarında da qəbul edilib. Beləliklə, aborta sövq etmək üçün cərimə 100 min rubla qədərdir.
Daha əvvəl bildirilmişdi ki, Rus Pravoslav Kilsəsinin rəhbəri uşaq dünyaya gəlməsini dəstəkləyən xüsusi məktub yazıb. Bu məktubun mətni ölkənin 16 regionunda antenatal klinikalarda olan bütün hamilə qadınlara veriləcək.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər