12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Ukrayna Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Quterreşin Kazana gəlmək qərarından inciyib
Tarix: 22-10-2024 15:41 | Bölmə: Karusel

Ukrayna Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində BMT-nin baş katibi Antonio Quterreşin Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək qərarını pisləyən yazı dərc edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Quterreşin seçimini “yanlış” adlandırıb.
"BMT-nin baş katibi Ukraynanın İsveçrədə keçiriləcək ilk qlobal sülh sammitinə dəvətini rədd etdi, lakin o, Kazana səfər dəvətini qəbul etdi", - Ukrayna Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan mesajda deyilir.
Onlar həmçinin əlavə ediblər ki, Quterreşin tezliklə gəlişi “sülh işinə töhfə vermir” və “BMT-nin reputasiyasına xələl gətirir”.
Quterreşin Kazanda BRICS sammitinə gəlməsi oktyabrın əvvəlində məlum olub.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər