12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
İsrail ordusu Aralıq dənizi üzərində beş pilotsuz təyyarənin tutulduğunu bildirib
Tarix: 21-10-2024 22:11 | Bölmə: Karusel

İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Aralıq dənizində beş pilotsuz uçuş aparatını ələ keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İDF məlumat yayıb.
Pilotsuz təyyarələr yəhudi hava məkanına girməzdən əvvəl ələ keçirilib.
"Vurğulamaq lazımdır ki, Ben Qurion hava limanı ərazisində heç bir təhlükəsizlik təhdidi yoxdur", - deyə, İDF bildirib.
İsrail mətbuatının məlumatına görə, hərbçilər İsrail ərazisinə doğru hərəkət edən pilotsuz təyyarələri aşkar etdikdən sonra hava limanının fəaliyyəti dayandırılıb.





Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər