12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Kumertauda yanğınsöndürənlər yanan evdən 12 nəfəri xilas ediblər
Tarix: 20-10-2024 20:48 | Bölmə: Karusel

Başqırdıstan Kumertauda 40 Let Pobeda küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  hadisə yerinə gələn xilasedicilər 12 nəfəri təxliyyə ediblər.
Başqırdıstan Dövlət Televiziya və Radio Yayımları Şirkətinin məlumatına görə, yanğın beşinci mərtəbədəki mənzilin mətbəxində başlayıb. Evin dəhlizləri sürətlə kəskin tüstü ilə doldu.
Yanğınsöndürənlər yanan binadan on nəfəri, daha iki nəfəri isə xüsusi cihazlardan istifadə edərək xilas ediblər. 15 nəfər isə özbaşına çölə çıxa bilib. Ölən və yaralananlar olmayıb.
Yanğında Fövqəladə Hallar Nazirliyinin respublika şöbəsinin 14 əməkdaşı çalışıb, dörd ədəd texnika cəlb olunub.
İlkin məlumata görə, yanğın elektrik naqillərində yaranan problemlər səbəbindən baş verib.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər