12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
“Otkritie Bank”ın keçmiş rəhbəri Romayev 3 milyard rublu mənimsəməkdə ittiham olunub
Tarix: 20-10-2024 19:39 | Bölmə: Karusel

"Otkritie Bank"ın keçmiş idarə heyətinin sədri Dmitri Romayev özünə təxminən üç milyard kredit verməkdə ittiham olunur, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, bankir qeyd olunan məbləği onun nəzarətində olan Kiprin Benirlia Holdings Limited şirkətinə borc verib. Şirkət borcunu ödəməyib və hazırda ləğvetmə prosesindədir.
Dmitri Romaev Rusiyanı 2020-ci ildə tərk edib. Oktyabrın 18-də Moskvanın Meşçanski məhkəməsi bankirin qiyabi həbsi barədə qərar çıxarıb. Öz növbəsində Daxili İşlər Nazirliyi onun İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsini tələb edir.
Romaev 2013-2015-ci illərdə "FC Otkritie Bank"-ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2016-cı ildən kredit təşkilatının müşahidə şurasının sədridir. 2008-ci ildə "Otkritie"yə qoşulmazdan əvvəl Romaev "Petrocommerce" və "KIT-Finance" banklarında işləyib. Həmin şəxsə qarşı 2023-cü ildə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət işi başlanıb.




Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər