12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
İstanbulda 21 yeni doğulan körpə həkimlərin cinayət planı ucbatından ölüb
Tarix: 18-10-2024 21:38 | Bölmə: Karusel

İstanbulda 20-dən çox körpə uşaqları cinayət sxeminə görə onlara maddi cəhətdən sərfəli xəstəxanalara köçürən həkimlərin hərəkətləri nəticəsində dünyasını dəyişib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cinayətkar qrupun ehtimal olunan liderini altı əsrə qədər həbs gözləyir.
İttihama görə, həkimlər körpələri sağaltmaq məqsədinə sadiq qalmayıb, əksinə, onları maliyyə baxımından ən gəlirli xəstəxanalara göndəriblər. Bəzi həkimlər də dərman satışı işlərində ittiham olunurlar.
RT "Milliyet" nəşrinə istinadən yazır ki, ən azı 21 yeni doğulmuş körpə həkim çatışmazlığı və müxtəlif infeksiyalardan ölüb.
Həkimlərin cinayətkar qrupunun rəhbəri olduğu iddia edilən şəxsi 589, onun əlbirlərini isə 437 ilə qədər həbs gözləyir.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər